Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sankt-Peterburqda 28 May – Respublika günü təntənəli şəkildə qeyd olunub

Bakı, 29 may, AZƏRTAC

Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”da 28 May – Respublika Günü münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.

Konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Baş konsul Sultan Qasımov, Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti tərəfindən Azərbaycanla Sankt-Peterburq arasındakı Hökumətlərarası Komissiyasının həmsədri Elgiz Kaçayev, Leninqrad vilayəti hökuməti adından vitse-qubernator Sergey Perminov, MDB Parlament Assambleyasının baş katibinin müavini Aydın Cəfərov, həmçinin Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin diplomatları, Sankt-Peterburqda akkreditə olunmuş Türkiyə və İsrail dövlətinin Baş konsulları, digər Baş konsulluqların rəhbərləri və diplomatları, Sankt-Peterburqun ali təhsil mərkəzlərinin, Universitetlərin rektorları və professorları, Sankt-Peterburqun aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, “Komsomolskaya Pravda” Mediaholdinqinin baş direktoru Anna Upryamtseva-Alevtinskaya, “Rossiyskaya qazeta”nın baş redaktoru Anjelika Qurskaya, “Sankt-Peterburq” və “5 Kanal” televiziya kanallarının nümayəndələri, Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, tanınmış rusiyalı rəssam Mixayil Şemyakinin “Şemyakin Fondu”nun rəhbərliyi, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev və diaspor təşkilatlarımızın fəalları, Rusiya Yazıçılar İttifaqının üzvü, mədəniyyətşünaslıq elmləri doktoru, professor Yuriy Pompeyev, general-leytenant Aleksandr Volox, Rusiyalı Azərbaycan Gənclər Təşkilatının (AMOR) Sankt-Peterburq üzrə regional bölməsinin fəalları və Sankt-Peterburqda təhsil alan gənclərimiz iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Baş konsul Sultan Qasımov 28 May - Respublika Gününün tarixi mahiyyəti barədə məlumat verərək Azərbaycan xalqının öz müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə dönüşü ilə əbədiləşdirdiyini vurğulayıb. Bildirib ki, məhz ülu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik qabiliyyəti ilə Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq arenada tanınıb. Diplomat bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətin və xalqın azadlığı və rifahını naminə uğurlu siyasət apardığını xüsusi ilə vurğulayıb. Baş konsul qeyd edib ki, ölkə başçısının düşünülmüş, balanslı xarici və daxili siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin müstəqil mövqeyə malik suveren üzvüdür. Bu gün Azərbaycan üzərində üçrəngli bayrağın dalğalanmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əməyi danılmazdır.

Tədbirdə çıxış edən Sankt-Peterburq Hökumətinin üzvü, Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın həmsədri Elgiz Kaçayev Azərbaycan Hökuməti ilə RF-nin Sankt-Peterburq Hökuməti arasındakı əlaqələrin yüksək müstəvisi barədə danışıb. O bildirib ki, Azərbaycanla Rusiya arasındakı tarixi əlaqələr dostluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycanla Rusiya bir çox sahədə, o cümlədən regionlararası səviyyədə uğurlu əməkdaşlıq edir. Sankt-Peterburq Hökumətinin üzvü Elgiz Kaçayev Sankt-Peterburqla Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb. E.Kaçayev Azərbaycanla Sankt-Peterburq arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, turizmin inkişaf etdirilməsi, təhsil və səhiyyə, əmək miqrasiyasının tənzimlənməsi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinin yüksək olduğunu qeyd edib. Gələcəkdə səmərəli əməkdaşlığın davam etdirilməsi, yeni hökumətlərarası layihələrin həyata keçirilməsi məqsədilə 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın ilk iclasının keçirildiyini və yekun protokolun imzalandığını bildirib. Sankt-Peterburq hökumətinin rəsmisi Azərbaycanla Sankt-Peterburq arasında səmərəli əməkdaşlığın inkişaf edəcəyinə, dostluq əlaqələrinin möhkəmlənəcəyindən əmin olduqlarını bildirib.

Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun adından 28 May – Respublika Günü münasibətilə ünvanlanmış təbrik məktubunu Baş konsul Sultan Qasımova təqdim edib. Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Azərbaycan ilə Rusiya arasındakı tarixi dostluq münasibətlərinin əhəmiyyətini qeyd edərək Leninqrad vilayəti Hökumətinin Azərbaycan Respublikası Hökuməti ilə əlaqələrinin möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, regional səviyyədə zəngin əməkdaşlıq potensialının mövcud olduğunu qeyd edib. Tədbirin rəsmi hissəsindən sonra Sankt-Peterburqun məşhur “Mariinskiy” teatrının solisti, “Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyası”nın tələbəsi, həmyerlimiz Elnarə Məmmədova müxtəlif operalardan ariyalar ifa etdi. Tədbirin davamında qonaqlara “Erarta” muzeyinin restoranında Baş konsuluq adından ziyafət verildi. Respublika günü münasibətilə keçirilmiş tədbirin yekununda qonaqlara Baş konsulluq adından “Baku” jurnalının son nömrələri, Azərbaycan məhsulu olan çay və şirniyyat bağlamaları hədiyyə edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb