Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sankt-Peterburqda Elçinin “Qatil” pyesinin premyerası böyük uğurla keçib

Bakı, 3 may, Salehə Əliyeva, AZƏRTAC

Xalq Yazıçısı Elçinin pyesləri Azərbaycanın sərhədlərini aşaraq ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin teatrlarında uğurla tamaşaya qoyulur və hər dəfə tamaşaçıların dərin rəğbətini qazanır. Bir faktı qeyd etmək kifayətdir ki, son beş ildə Elçinin dörd pyesi London teatrlarında böyük uğurla göstərilib.

AZƏRTAC xəbər verir ki, aprelin 30-da Sankt-Peterburqdakı “ALEKO” teatrında Elçinin məşhur “Qatil” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. Gərgin psixoloji konfliktə əsaslanan bu əsər dəfələrlə tamaşaçıların alqışlarını qazanıb.

Tamaşanın quruluşçu rejissoru – uzun illər Finlandiyada yaşayan və orada işləyən həmvətənimiz Kamran Şahmərdandır. Teatr onu məxsusi olaraq bu tamaşa üçün dəvət edib. Rolları aktyorlar Natalya Popova, Valeri Stepanov, Yekaterina Çerednik və başqaları ifa ediblər.

“Qatil” tamaşası Peterburqda ikinci dəfədir ki, nümayiş etdirilir. Üç il bundan əvvəl həmin əsər Peterburqun “Baltiyski dom” teatrında uğurla tamaşaya qoyulub.

NTV kanalının müxbiri Natalya Dubrovskaya yazır: “Psixoloji dram janrı və keçmiş müəllimə ilə onun artıq yaşa dolmuş şagirdi arasında ehtiraslı qarşılıqlı münasibətlərdən bəhs edən detektiv süjet teatr eksperimentlərinin sərraflarının diqqətini cəlb etməlidir. Azərbaycan dramaturqunun “Qatil” pyesi fin teatrının rəhbəri tərəfindən tamaşaya qoyulub, baş rolları isə rusiyalı artistlər ifa ediblər.

“Qatil” – Elçinin teatr rejissorları tərəfindən ən çox sevilən pyeslərindən biridir. Pyes dünyanın bir çox səhnələrində tamaşaya qoyulub. Psixoloji dram janrı və detektiv süjet eksperiment aparmağa imkan verir. Kamran Şahmərdan tamaşaçını faciəli finala doğru apararkən rəqsləri də unutmur, səhnəni assosiativ installyasiyalarla canlandırır.

Rejissor üçün “Qatil” sadəcə bayağı məişət əhvalatı deyil. Rejissor Azərbaycan dramaturqunun məşhur pyesi əsasında hazırlanmış tamaşanı fərqli şəkildə təqdim edir. Onun tamaşası xeyir ilə şərin savaşı barədədir. Tamaşaçı bu əbədi qarşıdurmanı, demək olar ki, bütün tamaşa boyu qapalı məkanda olan, bir-biri ilə münasibətlər quran, lakin həyatı alt-üst edən personajların emosiyaları vasitəsilə hiss etməlidir”.

Rejissor Kamran Şahmərdan deyir: “Bu, bizim ehtiyac duyduğumuz pyeslərdən biridir. Mənim üçün bu, çox ibrətamiz əhvalatdır, çünki bəzən yanımızdakı insanları lazımınca qiymətləndirmirik. Bu sözlər hətta mənfi qəhrəmanlara da aiddir. Pyesdə bir mənfi qəhrəman var. Cavan oğlan məktəbi bitirəndən uzun illər keçəndən sonra öz kimya müəlliməsinin evinə qonaq gəlir. Bu görüş artıq gənc olmayan tənha qadınla onun keçmiş şagirdinin məhəbbət macərasının başlanğıcı olur. Sonra isə qalmaqal, savaş, xəyanət.... Bu çılğın obrazı yaratmaq Valeri Stepanova heç də asan başa gəlmir. Xüsusən ona görə ki, bu rol özü bir növ imtahandır. Aktyorun karyerasında birinci baş roldur”.

“Baltiyski dom” teatr-festivalın aktyoru Valeri Stepanov: “Hər bir dramaturgiya, xüsusən yaxşı dramaturgiya həmişə başqa birisinin xasiyyətinin mürəkkəbliklərini nəzərdə tutur. İnsan nə qədər dəqiq təsvir edilibsə, aktyorun “özünü kənara qoyub” başqa obraza girməsi bir o qədər çətindir”.

Tənqidçilər Elçini xeyirxah təhkiyəçi və sərt realist, onun yaradıcılığını isə müasir ədəbiyyatda hadisə adlandırırlar. “Qatil” pyesinin qadın qəhrəmanı qısa bir zaman kəsiyində bəlkə də bütün həyatı boyu üzləşdiyindən daha artıq emosional gərginlik keçirir. Nəticədə bu hisslər onu cinayətə sürükləyir.

RF Əməkdar Artisti Natalya Popova: “Amalları müxtəlif, həyata baxışları müxtəlif olan iki nəsil qarşılaşır. Qadınla kişi arasında sevgiyə həmişə xas olan bu münaqişə çoxsaylı müxtəlif həyati və fəlsəfi baxışlar sayəsində daha da dərinləşir”.

Rejissor bu tamaşanı rekord dərəcədə qısa müddətdə - cəmi üç həftə ərzində ərsəyə gətirib. Halbuki, belə iş üçün adətən azı iki ay yarım vaxt sərf olunur. Kamran Şahmərdan müəyyən mənada teatral trilogiyanı tamamlayıb. O, Elçinin iki pyesini Bakıda tamaşaya qoyub. Yeni əsərlə qastrol səfərləri hələlik nəzərdə tutulmur. Lakin əgər belə bir qastrol baş tutsa, yəqin ki, Finlandiyada olacaq. Rejissor hazırda Suomidəki teatrın rəhbəridir.

Xatırladaq ki, keçən il “Nizami” Kino Mərkəzində “Qatil” bədii filminin təqdimatı olub. Həmin filmin rejissoru da Kamran Şahmərdandır.

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Black and White Studio” (Finlandiya), “Studio 33A” və “VarsStudio” (Gürcüstan) şirkətlərinin iştirakı ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Filmin nümayişindən əvvəl Azərbaycan Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev jurnalistlərlə söhbətində qeyd edib ki, o, “Qatil” pyesini 10 il əvvəl yazıb.

Bu əsər əsasında istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən hazırlanmış tamaşa ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. Pyes əsasında hazırlanmış tamaşalar Moskva, Sankt-Peterburq, London və İstanbul teatrlarının səhnələrində də təqdim edilib.

Elçin İlyas oğlu Əfəndiyev – filologiya elmləri doktoru, Azərbaycanın Xalq Yazıçısı, incəsənət xadimi, ədəbiyyatşünas, tənqidçi, Bakı Dövlət Universitetinin professoru, dövlət xadimi və ictimai xadimdir.

Onun ilk hekayəsi 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. O vaxt Elçinin 16 yaşı var idi. Elçinin “Min gecədən biri” adlı ilk kitabı 1965-ci ildə çapdan çıxıb.

Elçinin kitabları dünyanın bir çox ölkələrində nəşr edilib, 20-dən çox dilə tərcümə olunub, onların ümumi tirajı 5 milyon nüsxəyə çatıb. Yazıçının rus dilində nəşr edilmiş birinci kitabı “Baladadaşın ilk məhəbbəti” adlanır.

Elçinin ssenariləri əsasında yeddi bədii film çəkilib: “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, “Mən qayıdacağam”, “Gümüşü furqon”, “Bağ mövsümü” , “Sahilsiz gecə”, “Milli bomba”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu