SİYASƏT


Sankt-Peterburqda yaşayan soydaşlarımız Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd ediblər

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Mayın 10-da Sankt-Peterburqda yaşayan azərbaycanlılar görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin Qoroxov küçəsi, 6 nömrəli binadakı xatirə lövhəsinin qarşısına toplaşıblar. Bu binada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbi yerləşirdi və Heydər Əliyev 1949-1950-ci illərdə orada təhsil almışdı.

Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 94-cü ildönümündə tədbirə toplaşanlar Heydər Əliyevin barelyefi önünə çiçəklər düzüblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov böyük azərbaycanlı Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Tədbirdə, həmçinin Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, MDB Parlamentlərarası Assambleya Şurası baş katibinin müavini, Milli Məclisin qurumdakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Cəmiyyətinin sədri İdris Qəhrəmanov çıxış ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.