RƏSMİ SƏNƏDLƏR


Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafda sanballı nəticələr əldə edib. Bu gün Azərbaycan dünya məkanında layiq olduğu yüksək nüfuza malikdir.

Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında 2016-cı ilin martında ŞƏT-in iqamətgahında imzalanmış Memorandum regionumuzda sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsi işinə dəyərli töhfədir. Bu Memorandum ŞƏT ilə Azərbaycan arasında mühüm regional və beynəlxalq problemlərə dair səmərəli əməkdaşlığın inkişafına geniş üfüqlər açıb. ŞƏT-in fəaliyyətinə daim diqqət və maraq göstərdiyinizə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Möhtərəm İlham Heydər oğlu, icazə verin Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, firavanlıq və rifah arzu edim.

 

Hörmətlə, 

Rəşid Alimov

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır