DÜNYA


Şanxay küçələrində kassa və personalı olmayan avtomatlaşdırılmış səyyar mağaza istifadəyə verilib

Bakı, 17 iyun, AZƏRTAC

İsveçin “Wheelys” şirkəti Şanxay küçələrində “Moby” avtomatlaşdırılmış səyyar mağazasının sınaqlarına başlayıb.

AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, hərəkət edən kiçik pavilyon formasında olan və günəş batareyalarının köməyi ilə enerji toplayan “Moby” mağazasında ən çox 4 nəfər yerləşə bilər. “Moby” mağazasının alıcısı olmaq üçün smartfona xüsusi mobil tətbiq quraşdırmaq və bank kartını proqrama birləşdirmək lazımdır.

Bu mağaza gecə-gündüz müəyyən küçələrdə işləyir və istifadəçi smartfonun köməyi ilə mağazanı özünə tərəf çağıra bilər. Smartfon, həmçinin mağazanın içinə daxil olmaq və seçilmiş malların ştrix kodlarını skan etmək üçün lazımdır. Mağazadan çıxarkən mobil proqram alış-verişin məbləğini birləşdirilmiş kartdan avtomatik çıxacaq.

Daxili sensorların köməyi ilə satılmamış malların sayı izlənilir və zərurət olduqda mağaza ehtiyat malların doldurulması üçün özü anbara tərəf gedir və onu başqa səyyar mağaza əvəz edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.