İQTİSADİYYAT


Şanxayda Asiya İnkişaf Bankının CAREC proqramı çərçivəsində seminar keçiriləcək

A+ A

Pekin, 17 oktyabr, AZƏRTAC

Çinin Şanxay şəhərində oktyabrın 17-22-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində “Xüsusi iqtisadi zonalar – iqtisadi dəhlizlər, əlavə dəyər xətləri və istehsal əlaqələri üçün katalizator” mövzusunda seminarı keçiriləcək.

Tədbirdə Azərbaycandan İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak edəcək.

CAREC regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dəstək məqsədilə 10 ölkəni özündə birləşdirən proqramdır.

Proqramın 3 əsas istiqaməti - nəqliyyat, energetika və ticarət üzrə Azərbaycanda böyük layihələr icra edilib, bəzilərinin icrası isə davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.