İDMAN


“Şapekoense” klubu Cənubi Amerika kubokunun qalibi elan olunub

Bakı, 2 dekabr, AZƏRTAC 

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) əksər futbolçusu təyyarə qəzasında həlak olan Braziliyanın “Şapekoense” klubunu qitə kubokunun qalibi elan edib. Qərar dekabrın 21-də nəzərdə tutulan konfederasiya şurasının toplantısında rəsmiləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Braziliyanın “Globo” telekanalı məlumat yayıb. Qitə futbol qurumuna bu təklifi faciədən sonra Kolumbiyanın “Atletiko Nasional” klubu edib.

Bununla yanaşı, FIFA həftəsonu beynəlxalq arenalarda keçiriləcək bütün futbol matçlarına da bir dəqiqəlik sükutla başlanılması ilə bağlı qərar qəbul edib. Meydana çıxan bütün komandalar qəzada dünyasını dəyişən futbolçuların xatirəsini həm də qollarına qara lent bağlamaqla yad edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.