SİYASƏT


Sapienza Universitetinin kollektivi 28 May - Respublika Günü barədə məlumatlandırılıb VİDEO

Roma, 27 may, AZƏRTAC

İtaliyanın paytaxtı Romada fəaliyyət göstərən Sapienza Universitetində 28 May - Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin yaranmasının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən təşkil olunan tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri açan Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov təşkilatın fəaliyyətindən, keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və gördüyü işlərdən söhbət açıb. O, İtaliya və Azərbaycan arasındakı əlaqələrin inkişaf etdiyini bildirib. Bu əməkdaşlığın və dostluq əlaqələrinin gündən–günə çiçəkləndiyini vurğulayan diplomat mövcud münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını deyib.

Sapienza Universitetinin dosenti, tədqiqatçı Daniel Pomier müsəlman Şərqində ilk demokratik dövlət olan və ilk dəfə qadınlara seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış demokratik ənənələrin bu gün də müstəqil Azərbaycan Respublikası tərəfindən uğurla tətbiq olunduğunu söyləyib.

Sonra tədbirdə Azərbaycan haqqında qısa film göstərilib.

Gənc ifaçı Nofəl Aslanovun italyan və Azərbaycan dillərində ifa etdiyi mahnılar qonaqlarda böyük maraq doğurub.

Tədbirdə iştirak edən xarici qonaqların Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə viktorina təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Sonda ziyafət təşkil edilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.