DÜNYA


Sapporoda qar fiqurları festivalı keçirilir

A+ A

Tokio, 7 fevral, AZƏRTAC

Fevralın 6-da Yaponiyanın Sapporo şəhərində 68-ci qar fiqurları festivalı başlayıb. Ənənəvi olaraq hər il təşkil olunan festival zamanı şəhərin mərkəzindəki Odori parkında və yaxınlıqdakı iki ərazidə qardan düzəldilmiş 200-dən artıq fiqur nümayiş olunur.

Parkda yerləşən beş ən böyük fiqurdan biri məşhur “Final Fantasy VII” oyununun qəhrəmanlarına həsr edilib. Bundan əlavə, “Ulduz müharibələri” fantastik saqasına və Parisdəki Qələbə tağına həsr olunan fiqurlar da burada yer alıb.

Festival iştirakçıları yerli sakinlər tərəfindən düzəldilən 80 qismən kiçik fiqura da maraqla baxırlar. Onların arasında məşhur smartfon oyunu “Pokemon Qo” və qələm, alma və ananas barədə populyar mahnının müəllifi yapon komik Pikotaronun fiqurları da var.

Ənənəvi olaraq hər il fevral ayında təşkil olunan festivalda iki milyondan çox yerli və əcnəbi tamaşaçının iştirakı gözlənilir. Cari ildə festivalın fevralın 12-də başa çatacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.