DÜNYA


Sara Sanders rəsmən Ağ evin mətbuat katibi olub

Bakı, 22 iyul, AZƏRTAC

Ağ evin məlumatına əsasən, Sara Sanders rəsmən ABŞ administrasiyasının mətbuat xidmətinin rəhbəri olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Sanders mətbuat xidmətinin istefa verən başçısı Şon Spayserin müavini vəzifəsini tuturdu.

Spayserin istefasını şərh edən “New York Times” qəzeti onun belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsinin səbəb olduğunu iddia edir.

Qeyd edək ki, ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.