DÜNYA


Saratovda bəbir uşağa hücum edib

Bakı, 27 iyul, AZƏRTAC

Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, Saratovun ticarət mərkəzlərinin birində yerləşən zooparkda 6 yaşlı qız bəbirin hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, boyun nahiyəsindən yaralanan uşaq xəstəxanaya çatdırılıb. Hazırda müstəntiqlər hadisənin baş verməsi səbəblərini araşdırırlar.

Qeyd edək ki, bu, zooparkda heyvanların uşaqlara hücum etdiyi ilk hadisə deyildir. Belə hadisələr çox vaxt təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.