DÜNYA


“Sarika” qasırğası Çinə 5,49 milyard yen ziyan vurub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Bir neçə gün əvvəl Çinin cənubunda tüğyan edən “Sarika” qasırğası regionun iqtisadiyyatına 5,49 milyard yen (813 milyon dollara yaxın) ziyan vurub. Bu barədə cümə günü Çin Xalq Respublikası mülki administrasiya idarəsi məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, idarənin məlumatına görə, Quandun, Xaynan əyalətlərində, həmçinin Quansi-Çjyan muxtar rayonunda təbii fəlakətə 11 şəhər və 50 qəzada yaşayan 3,74 milyon insan məruz qalıb. Zərər çəkmiş rayonlardan təcili qaydada 534 min insan evakuasiya olunub. Habelə 5,5 mindən çox bina zədələnib, 504 min hektar kənd təsərrüfatı bitkiləri zərər çəkib.

Cümə günü Çinə digər bir tayfun – “Xayma” yetişib. Bu qasırğa Quandun, Tszyansi, Futszyan əyalətlərində, Quansi-Çjyan muxtar rayonunda dəmiryol nəqliyyatının işini pozub. Ümumilikdə 85 qatarın hərəkəti ləğv olunub. Bundan başqa, son iki gündə Şençjen aeroportunda pis hava şəraiti səbəbindən 76 aviareys təxirə salınıb, Şençjen və Honkonq arasında bərə əlaqəsi tam kəsilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.