Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sarkisyanın hərbi islahatları: məğlub ordunun qovulan generalları

Sarkisyanın hərbi islahatları: məğlub ordunun qovulan generalları

Dörd günlük aprel müharibəsindən sonra Ermənistan rəhbərliyi o qədər ziddiyyətli addımlar atıb ki, ortaya qəribə bir mənzərə çıxıb. Serj Sarkisyan gah erməni ordusunun ''qələbəsindən'', əsgərlərin ''igidliyindən'' danışır, gah da generalları vəzifələrindən qovur. Bir tərəfdən erməni KİV-i ''Arsax'' ordusunun müqavimət gücündən bəhs edir, ''mərd oğullar''ın ''vətən uğrunda'' canlarını qurban verdiyini yazır, digər tərəfdən isə ordunun acınacaqlı vəziyyətdə olmasını etiraf edən informasiyalar yayır. Bununla yanaşı, erməni ekspertlər döyüşən ''DQR'' ordusunun olduğunu vurğulayır, lakin bu halda nəyə görə Ermənistan ordusunun rəhbərliyinin cəzalandırıldığını izah etmirlər. Həqiqət isə gizlədilə bilməz - heç bir ''DQR'' və onun ordusu yoxdur, Ermənistan silahlı qüvvələri var. Onlar Azərbaycan torpaqlarını havadarlarının ciddi yardımı ilə işğal ediblər. Təcavüzkara endirilən hərbi zərbələr, artıq torpaqları qaytarmaq vaxtının gəldiyinin müjdəçisidir. Heç nə Ermənistanı bu məğlubiyyətdən xilas edə bilməyəcək. Bu gün bığını bada verən erməni zabitləri sabah canlarından məhrum olacaqlar.

Qorxaq əsgərlər: müharibədə yoxa çıxan erməni zabitləri

Mərd insan uduzduğunu mərdanə etiraf edər, heç kəsdən qaçıb gizlənməz. Güclü ordu da məğlubiyyətini qəbul edib səhvləri üzərində işləyər. Dürüst dövlət başçısı isə obyektiv və ədalətli olar, rəqibə böhtan atmaz. Fərd kimi ermənilər bir-birindən fərqlənirlər, onların sırasında Azərbaycana qarşı savaşın mənasız olduğunu açıq deyənlər az deyil. Lakin erməni ordusu və siyasi rəhbərliyi yüksək namərdlik və yalan nümunəsi göstərməkdə davam edirlər. Bunu konkret misallar sübut edir.

Öncə onu deyək ki, erməni ekspertləri, jurnalist və analitikləri çox zavallı duruma düşüblər. Onlar döyüş zamanı qaçıb gizlənmiş erməni zabitlərinə bəraət axtarmalı, işdən qovulan generalları müdafiə etməli və hətta bığını bada vermiş erməni komandirin davranışına haqq qazandırmalıdırlar. Təbii ki, onlar nə qədər ''bəzəsələr'' də, həqiqət ortadadır - Azərbaycan Ordusunun zərbələri erməni ordusunu pərən-pərən salıb və əksər hərbçilər canlarını qurtarmaq üçün sığınmağa deşik axtarıblar.

Ermənistan ordusunun ''qalib'' generallarının itirdiklərinə bir qədər sonra qayıdarıq. İndi İrəvanın yeritdiyi siyasətə verilən bir sıra qiymətləndirmələrə nəzər salaq. David Ovannisyan adlı bir erməni alimi var, o, son müsahibələrinin birində maraqlı fikirlər bildirib. Müsahibə bütövlükdə obyektivlikdən, ədalətdən və reallıqdan uzaq fikirlərlə doludur. Lakin Ermənistan rəhbərliyi və aparılan ideologiya ilə bağlı diqqəti çəkən tezislər də orada yer alıb (bax: Давид Ованнисян: Позволять компрадорам приносить в жертву молодых, перспективных ребят для армянского общества - непростительная роскошь / ''Arminfo'', 20 may 2016).

Onu vurğulayaq ki, D.Ovannisyan erməni ''yumşaq gücü''nün (soft power) mövcud olduğunu iddia edir. Misal olaraq Kim Kardaşyanın da adını çəkir. Bütün dünya Kardaşyan adlanan axçinin yalnız bədəninin müxtəlif yerlərini açıq göstərməklə məşğul olduğunu bilir. Əgər erməni ziyalı şüuru qadının ''yumşaq yerləri''ni geosiyasi məzmun kəsb edən ''yumşaq güc'' kimi təqdim edirsə, burada mütləq psixoloji problemlər vardır. Bunu Ovannisyanın Ermənistan rəhbərlərinin yarıtmaz işlərindən danışaraq, ancaq Azərbaycan rəhbərliyinə inanmadığını ifadə etməsindən də duymaq mümkündür. Hər nə isə, D.Ovannisyan deyir: ''...Ermənistanda ermənilər çoxdan ən azı Səudiyyə Ərəbistanı və Qətərdəkilər kimi yaşamalı idilər. Ancaq bu yolda onların qarşısını axmaqlıq və tamahkarlıq kəsib. Tamahkarlığı bağışlamaq olar, axmaqlığı isə - heç vaxt... Ancaq tamahkarlığı ram etmək olur, axmaqlığı yox. Savadsız, ticarət və spekulyasiyalardan başqa bir şeyə yaramayan adamlar bu gün erməni dövlətçiliyində mühüm mövqelər tuturlar...'' (bax: əvvəlki mənbəyə).

Bizcə, Ovannisyan bu məqamda haqlıdır - Ermənistan rəhbərliyi axmaq, tamahkar, bütün sahələrdə spekulyasiyalarla məşğul olan və ''dana şüuru''na malik məxluqlarla doludur. Lakin Ovannisyan bir şeyi anlamır ki, psixoloji olaraq axmaqlığın kökündə digər faktorlarla yanaşı, həm də tamahkarlıq durur. Çünki tamahkara ağıl lazım deyil: o, axmaq olmalıdır ki, sonra bütün yaramaz davranışını ''bilmədim, duymadım, anlamadım'' kimi bəhanələrlə izah etsin. Lap aprel ayında baş verən ''4 günlük müharibə''nin izahlarında olduğu kimi.

''Bığ əməliyyatı'': Sarkisyanın ''siyasi diabetikliyi'' general Akopyanı nədən məhrum etdi?

Ermənistan rəhbərliyi bir iclasda erməni ordusunun və əsgərinin tərifini göylərə qaldırır, küçəyə çıxanda isə öz vəzifələrini yerinə yetirməyən generalların hamısını cəzalandıracağını, ''dama'' basacağını deyir. Azərbaycanlılar demişkən, ''adam zır dəlidir''! Axı, qalib ordunun yüksək rütbəli zabitlərini, peşəkar generalları cəzalandırmaq olar? S.Sarkisyan Hitler kimi turşumuş sifəti ilə camaat qarşısına çıxıb ərz edir ki, ''olar və lazımdır!''

S.Sarkisyanın sözləri ilə əməlləri arasındakı bu uyğunsuzluq onun ''siyasi diabetik'' olduğunu göstərir. Məlumdur ki, diabetiklərdə sinirlər pozulanda, bədən hərəkətləri normal olmur - qəribə titrəyişlər meydana gələ bilir. Diqqətli müşahidəçilər Vyana görüşündə S.Sarkisyanın sifətində də anormal narahatlıq, çaşqınlıq olduğunu görüblər. Əslində, aprel müharibəsindən sonra onun atdığı addımlardan da konkret olaraq bunu görmək mümkündür. Sarkisyanın generalları bunun üçün kifayət qədər əsas veriblər.

Qısa bir müddətdə S.Sarkisyan 4 ''qalib'' generalla vidalaşıb. Onlar orduda çox vacib istiqamətlərə - kəşfiyyat, təchizat, rabitə və silahlara nəzarət sferalarına rəhbərlik edənlər olublar. Erməni ekspertlər özləri bu generalları ''məntiqi sapa'' düzərək, təsdiq etməyə məcburdurlar ki, ordu tamamilə çöküb (bax: məs., Аршалуйс Мгдесян. ''Без глаз и ушей'': почему полетели генеральские головы в армянской армии? / ''EADaily'', 30 aprel 2016).

Tanınmış jurnalist Arşaluys Mqdesyan məqaləsində erməni ordusunun kadrlarının bacarıqsızlığını dolayısı da olsa etiraf edir. Çünki ordunun ''gözü və qulağı'' olan kəşfiyyat işləyə bilmirsə, hərbi əməliyyatların ''başı'' olan generallar plan qurmağı bacarmırlarsa, müasir döyüşün sirlərinə bələd deyillərsə, ordu üçün nəzərdə tutulan materialları öz ehtiyacları üçün istifadə edirlərsə, Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi savaş gedə-gedə bilyard oynadığına görə işə çıxmırsa, deməli, başıpozuq adamlardan söhbət gedir. Məhz buna görədir ki, Azərbaycan əsgəri qəhrəmancasına Lələ təpəyə doğru irəliləyəndə, qonşu erməni səngərlərindən əsgərlər dovşan kimi qaçıb canlarını xilas etməyə çalışırdılar.

Daha maraqlısı - döyüşlər zamanı Madagiz (Suqovuşan) batalyonunun komandiri Arutyun Əmirxanyan (familiyaya bax! - Newtimes.az) yoxa çıxıbmış. Döyüşlər başa çatandan sonra üzə çıxan bu ''qəhrəman erməni zabiti'' məzuniyyətdə olduğunu və ayağı sındığı üçün xəstəxanada müalicə aldığını deyib. Dərhal aydın olub ki, o yalan danışır. Polkovniki işdən çıxarıblar, lakin onun baş qərargah rəisi, general Yuri Xaçaturovun qohumu olduğundan daha yüksək vəzifəyə təyin edilə biləcəyindən danışırlar. Bu da erməni ordusunda kadr siyasəti!

Lakin bütün bunlar Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general Movses Akopyanın başına gələnlərin yanında ''toya gedəsidir''. O da aprel döyüşlərində ''Balayanın inəyi'' kimi itkin düşmüşdü. İndi üzə çıxıb, ancaq... bığsız! Adam bığını müharibədə bada verib. Dediyinə görə, bu müddətdə xəstə yatıb (bax: Erməni general "dördgünlük müharibə"dən sonra bu günə düşdü / ''Baku.ws'', 24 may 2016). Nədənsə, erməni zabitləri Azərbaycan Ordusu hücuma keçən kimi ''xəstələnirlər''. M.Akopyan isə qarın ağrısına deyil, ''bığsızlaşma sindromu''na tutulub. Onun bığlarını Azərbaycan Ordusunun odsaçan silahı ütüb. Gələn dəfə, yəqin ki, bu erməni zabitinin başı itəcək, lakin onda o, kimsənin qarşısına çıxa bilməyəcək.

Əslində, ermənilərin başına gələn bütün bu işlərin çox sadə bir izahı vardır. Onlar yanlış yerdə durublar. Erməni zabiti və əsgəri bilir ki, torpaq onun deyil, uğrunda həlak olmağa dəyməz. Bu səbəbdən min bir bəhanə ilə döyüş meydanından qaçaraq özlərini xəstəliyə vururlar. S.Sarkisyan nə qədər ürək-dirək versə də, kadrları dəyişsə də, Ermənistan üçün vəziyyət dəyişməyəcək. Daha ağır zərbələr alacaq. Yalnız Azərbaycan bayrağı Xankəndində dalğalanandan sonra erməni zabit və əsgərləri bir az rahat nəfəs ala bilərlər.

Ermənistan cəmiyyəti, əslində, lazım olan işi görmür. Erməni xalqı Serj Sarkisyanın generalları cəzalandırma prosesinə etiraz etməli və prezidentin özünü qovmalıdır. Bir separatçı və bəsit "kəndçi siyasəti" (İqor Muradyan) yeridən adamın hakimiyyətdə olması bütün faciələrin köküdür. Sadə ermənilər bunu dərk etməli və ''bığ itirmə''nin faciəvi hadisələrin siqnalı olduğunu anlamalıdırlar. Onlar öz prezidentlərinə belə bir sual verməlidirlər: ''Hanı sənin topun-topxanan, hanı sənin ordun, hanı sənin generalların, cənab Sarkisyan?!''

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb