DÜNYA


Şarlottda polislə müharibə: şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində polisin qaradərili vətəndaşı qətlə yetirməsinə etiraz əlaməti olaraq başlayan iğtişaşlar davam edir. Dünən gecə baş verən toqquşmalarda daha 4 polis əməkdaşı xəsarət alıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yüzlərlə insanın iştirak etdiyi nümayiş sakit başlasa da, sonradan iğtişaşa çevrilib. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməli olub. Şimali Karolina ştatının qubernatoru Şarlottda fövqəladə vəziyyət rejimi elan edib. Şəhərə əlavə təhlükəsizlik qüvvələri yeridilib.

Etiraz dalğasını doğuran insident sentyabrın 20-də axşam saatlarında qeydə alınıb. Polisin hesabatına əsasən, patrul reyd zamanı avtomobildən çıxan silahlı şəxslə rastlaşıb və ona atəş açıb. 43 yaşlı qaradərili Keyt Lamont Skott aparıldığı xəstəxanada dünyasını dəyişib. Həlak olan şəxsin ailəsi isə onun üzərində silah olmadığını və əlində kitab tutduğunu iddia edir. Ona atəş açan polisin də Afrika əsilli amerikalı olduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.