Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şarm-əş-Şeyx Qırmızı dənizin əsrarəngiz gözəlliyini təcəssüm etdirir

Bakı, 20 iyun, Laçın Sultanova, AZƏRTAC

Misirin Sinay yarımadasının cənubunda, Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurortu son vaxtlar azərbaycanlı turistlərin arasında daha çox şöhrət qazanır. Yəqin ki, bu cür yüksəlişin səbəblərindən biri Bakı ilə Şarm-əş-Şeyx arasında müntəzəm təyyarə reysinin açılması ilə bağlıdır. Bu birbaşa reysi Misirin “Air Cairo” aviaşirkəti həyata keçirir. “Silk Way Travel” şirkəti azərbaycanlı jurnalistlər üçün dünya şöhrətli bu gözəl kurort şəhərinə press-tur təşkil edib.

Əvvəlcə şəhərin özü, onun tarixi haqqında bir neçə söz demək istərdik. Hələ Osmanlı imperiyası dövründən məşhur olan Şarm-əş-Şeyx ərəb dilindən tərcümədə “Şah körfəzi” və ya “Şeyxin buxtası” mənasını verir. Şarm-əş-Şeyx Naama-Bey buxtasında yerləşir ki, bu da ərəbcə “Ağsaqqal buxtası” anlamındadır. Unikal coğrafi mövqeyə malik şəhər cənub-qərbdən Ras-Mohammed dəniz milli parkı, şimal-şərqdə Nabk milli qoruğu ilə həmsərhəddir, şəhər şimal-qərbdə möhtəşəm Sinay dağ silsiləsi ilə külək və yağışdan qorunur, şəhərin cənub-şərqini isə Qırmızı dənizin suları yuyur.

Şarm-əş-Şeyxin yerləşdiyi Sinay yarımadası dünyanın iki hissəsini – Afrika və Asiyanı birləşdirir. Yarımada şimaldan Aralıq dənizinin sahili, şərqdən Akaba körfəzi, qərbdən Süveyş kanalı ilə əhatə olunub.

Yarımada praktiki olaraq özünün əzəli görkəmini saxlayıb. Sivilizasiyanın toxunmadığı səhra və dağlar müasir adam üçün sakitlik və təbii harmoniya ilə hopdurulmuş qeyri-adi atmosfer yaradır. Sinayın əsas ərazisi məskunlaşmayıb, bəzən fotoşəkildə Ay səthi mənzərəsini xatırladan səhra və dağlıq ərazilərdə azsaylı bədəvilər yaşayır.

Şəhərdə müxtəlif səviyyədə və qiymətdə 200-dən çox otel fəaliyyət göstərir. Press-turun təşkilatçıları bizim üçün bu otellərdən ən yaxşısını seçmişdi. Bu otellər rahatlığı yüksək səviyyədə təmin edir və Qırmızı dənizin əsrarəngiz gözəlliyini kəşf etmək və beynəlxalq qonaqpərvərliyin cah-cəlalı ilə əhatə olunmaq istəyən ən tələbkar turistləri də razı salmaq iqtidarındadır. Bunlardan biri ən gözəl mərcan qayalarından birində yerləşən Tiran adası ilə üzbəüz olan “Baron Resort Sharm El Sheikh” oteli oldu. Bu, müasir memarlıq üslubunda, qəşəng ağ çimərlik qumu olan dəbdəbəli beşulduzlu oteldir. 100.000 kvadratmetri əhatə edən bu böyük kompleks “Ras Nasrani Bay” mərkəzinin görkəmli yerində yerləşir və üzü Qırmızı dənizə baxır. Burada bizə əla servis və xidmətlər təqdim edildi.

Bütün otellərdə SPA və sağlamlıq mərkəzləri, gözəllik salonları və bərbərxana, pulsuz “Wi-Fi” var, müxtəlif əyləncəli proqramlar, darts, çimərlik voleybolu, çimərlik futbolu, dayvinq, boçça, aerobika, tennis və bilyard kimi idman oyunları keçirilir.

Şarm əş-Şeyxdə birinci gün yaxtada çox romantik gəzinti ilə yadda qaldı. Gəzintinin özündən başqa, proqrama snorklinq (maska və borucuqla üzmə) və nahar daxil idi. Bu cür gəzinti Şarm əş-Şeyxin əsas buxtalarından yan ötməklə sahil boyunca keçir. Bir müddətdən sonra bizə suya enmək, maska və borucuğu taxmaq, üzmək və dənizin dibindən zövq almaq təklif olundu. Hamı gəzinti və unikal təbii mərcan qayaları ilə qarşılaşdığımız suya dalmadan böyük zövq aldı.

Dəniz varlıqlarının növ müxtəlifliyi və Qırmızı dənizin yüzlərlə mərcan qayası Şarm əş-Şeyxi drayvinq və ekoturizm həvəskarları üçün xüsusilə cəlbedici edir. Son onilliklərdə şəhərin turizmə əsaslanan iqtisadiyyatı xeyli inkişaf edib və yüksək səviyyəli kurortların yaranmasına səbəb olub.

Azərbaycan jurnalistlərinin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda ilə ünsiyyətdə olmaq imkanı oldu. X.Fouda bildirdi ki, Cənubi Sinay Azərbaycandan olan turistlərin axınını artırmağı planlaşdırır. Rusiya təyyarəsinin qəzaya uğraması ilə (Rusiya və Britaniya hakimiyyət orqanları öz vətəndaşlarının Misirə səfərini qadağan etmişdi) ötən ilin sonundan etibarən bu kurort şəhərinə gələn turistlərin sayının kəskin azaldığını xatırladaraq, qubernator əyalət hakimiyyətinin ərəb ölkələri, eləcə də Azərbaycan, Gürcüstan və Qazaxıstandan gələn turistlərin sayını artırmaq niyyətini açıqladı.

2015-ci ilin mayında Azərbaycana səfəri haqqında danışan Xalid Foud Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlayaraq bildirdi ki, səfər nəticələrini verib, artıq Şarm əş-Şeyx və Bakı arasında müntəzəm aviareys fəaliyyət göstərir ki, bu da turistlərin sayını artırmağa imkan verəcək.

Qubernator deyib: “Daimi aviareyslər bütün sahələrdə, o cümlədən turizm sahəsində Misir və Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Qubernatorun sözlərinə görə, Misirin bu turizm regionunda ziyarət və müalicəvi turizm kimi yeni turizm növlərinin inkişafı üçün yeni plan hazırlanıb. O bildirdi ki, adada bu turizm növlərinin inkişafı üçün qədim Müqəddəs Katerina monastırı var, Sinayda 200 müalicəvi ot bitir, 5 müxtəlif qoruq fəaliyyət göstərir.

Vilayətin inkişafına dair yeni plana əsasən, yaxtaların yan alması üçün xüsusi limanlar, Disneylendə oxşar əyləncə, habelə biznes-mərkəzlər tikiləcək.

Şarm əş-Şeyxə səfərimiz Ramazan ayı ilə üst-üstə düşdüyündən gün ərzində şəhər sanki yatırdı, toran düşəndə isə çoxsaylı mağazaları, kazinoları, diskotekaları və gecə klubları ilə Şarm əş-Şeyxdə səs-küylü gecə həyatı başlayırdı.

Bir sözlə, Şarm-əş-Şeyx xoş kurort atmosferi, alış-veriş üçün böyük imkanları ilə seçilən şəhərdir. O, çimərlik istirahəti və suya dalma həvəskarları üçün ideal yerdir. Zəngin faunalı çoxsaylı mərcan qayaları bir çox rəngarəng balıq və digər dəniz varlıqları ilə dayvinq həvəskarları üçün çox maraqlıdır. Misirin bu populyar kurortu artıq bir neçə onillikdir ki, dəniz sahilində rahat və komfort məzuniyyət üçün ideal yer sayılır. “Air Cairo” aviaşirkətinin (Misir) Azərbaycandakı baş tərəfdaşı olan “Silk Way Travel”dən tur-paket və Şarm əş-Şeyxə yollanmaq üçün təyyarə bileti almaq olar. Ətraflı məlumatı http://swtravel.az/ru/sharm-al-sheyh.html  saytında öyrənmək mümkündür.

Səfər proqramımıza təkcə Şarm əş-Şeyxdə istirahət deyil, həm də Misirin qədim və hazırkı paytaxtını ziyarət etmək daxil idi. Qahirə ilə tanışlıq məşhur Təhrir meydanında yerləşən Milli Muzeylə başladı. Muzey bələdçisi bildirdi ki, kolleksiyada qədim Misirin bütün tarixi dövrlərinə aid təxminən 120 min eksponat var və onların hamısı, təkcə biri istisna olmaqla, orijinaldır. Muzeyin binası neoklassik üslubda fransız memar Marsel Dyunonun layihəsinə əsasən 1900-cü ildə inşa edilib. Memarın özü muzeyin həyətində torpağa tapşırılıb. Muzeyin açılışı 1902-ci ildə olub.

Misirə səfər etmək və ehramları görməmək qeyri-mümkündür. Budur, ehramlarla çoxdan gözlənilən görüş. Doğrudur, ehramların yaşayış yerlərinə yaxınlığı təəccüb doğururdu. Mənə elə gəlirdi ki, onlar böyük səhrada yerləşir və müasir dünya ilə əlaqələri yoxdur. Fironların ehramları öz əzəməti ilə addamı heyran qoyur. Bu gözəl abidələrə baxanda elə təəssürat yaranmır ki, zaman onlardan yan keçib.

Gizadakı ehramlar e.ə. XXVII əsrə aid edilən qədim abidələr kompleksidir. Xeops ehramı qədim dünyanın yeddi möcüzəsindən qalan yeganə abidədir. O həmçinin Misirin milli sərvətidir.

Qahirə ziyarətinin daha bir parlaq xatirəsi Nil çayında qayıqla gəzinti oldu. Bu unudulmaz ekskursiya zamanı sahilin hər iki tərəfindəki yaşayış evləri və biznes-mərkəzlərə mənzərə açılır. Qayığın qədim Nil sularında üzməsi insanı vəcdə gətirir, adam özünü başqa bir məkanda hiss edir. Bu gəzinti həm də termometrin müsbət 40 dərəcə göstərdiyi bürkülü havada sərinlikdən həzz almaq imkanı yaratdı.

Yolumuzun üstündəki növbəti məntəqə İsgəndəriyyə idi. Bu əfsanəvi qədim, həm də Misirdə ikinci ən böyük şəhər böyük kitabxanası və yunan-Roma muzeyi ilə məşhurdur. Burada ümumiyyətlə hər yerdə tarixin izləri var. Tarixi şəhərlə tanışlıq Aralıq dənizi sahilində, gözəl və mənzərəli parkda yerləşən Prezident iqamətgahı ilə başladı.

Montaza Sarayının yerləşdiyi 150 hektar sahəsi olan parkda gözəl landşaft dizaynı, nohurlar, köşklər və heykəllər var. İnşası 1926-cı ildə başa çatdırılan İsgəndəriyyədəki Montaza Kral Sarayı türk-Florensiya üslubunda tikilib, onun otaqlarının bəzədilməsi üçün xüsusi olaraq İtaliyadan mərmər gətirilib. Binada 250 müxtəlif otaq var. Böyük saray binasında hazırda ziyarət üçün qapalı olan Misir Prezidentinin iqamətgahı yerləşir.

Jurnalist qrupumuzun tanış olduğu növbəti görməli yer Kayt bəy qalası idi. XV əsrə aid bu istehkam Aralıq dənizi sahilində, dünyanın yeddi möcüzəsindən birinin xarabalıqları üzərində yerləşir. Qalanın təməli 1477-ci ildə məmlük sultanı əl-Əşrəf Saif əl-Din Kayt bəy tərəfindən qoyulub. Hazırda qalada İsgəndəriyyə Dəniz Muzeyi yerləşir.

İsgəndəriyyəyə birgünlük səfərdən sonra yenidən Misirdə doğma məskənimizə çevrilən Şarm əş-Şeyxə qayıtdıq. Birhəftəlik press-turun qalan iki gününü haqlı olaraq Qırmızı dənizin misilsiz xəzinəsi adlandırılan bu gözəl kurort şəhərində keçirdik. Şarm əş-Şeyxi tərk edərkən bura yenidən gəlməyi vəd etdik.

Şarm əş-Şeyxi mütləq ziyarət edin, şəhər xoşunuza gələcək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında