REGİONLAR
Satınalan təşkilatların nümayəndələri üçün seminar
Bakı, 14 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti iyulun 14-də Lerik rayonunda dövlət satınalmalarına həsr olunmuş seminar keçirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar dövlət vəsaitindən daha səmərəli istifadə, satınalmalar sahəsində şəffaflığın artırılması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, o cümlədən satınalan təşkilatlara metodiki və təşkilati dəstək, mütəxəssislərin ixtisas səviyyəsi və nəzəri biliklərinin artırılması məqsədilə təşkil edilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
"Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan tədbirdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satınalan təşkilatların mütəxəssisləri iştirak edib.