DÜNYA


“Saudi Aramco” oktyabrdan indiyədək Misirə neft məhsulu göndərməyib

A+ A

Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” oktyabr ayından indiyədək Misirə neft məhsulu nəql etməyib.

AZƏRTAC Misirin “Al-Watan” qəzetinə istinadla xəbər verir ki, Misirin Neft Nazirliyinin sözçüsü Hamdi Abdulaziz “Aramco”nun oktyabr ayından indiyədək Misirə neft məhsulu göndərmədiyini deyib.

Şirkətin ötən aylarda məhsulları göndərəcəyi tarixi bildirdiyini deyən H.Abdulaziz “Aramco”nun Misirdə yerli bazarın yanacaq ehtiyacını ödəmək üçün aylıq 700 min ton neft məhsulu göndərməyi dayandırdığı barədə ölkəsini xəbərdar etmədiyini qeyd edib.

Misirə təkcə oktyabr ayı ərzində neft məhsulu göndərməyəcəyini bəyan edən “Aramco”dan isə mövzu ilə bağlı hələ də yeni açıqlama verməyib.

Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ötən günlərdə “Aramco”nun ölkəsinə neft məhsulları göndərməyi dayandıracağı ilə bağlı rəsmi məktub ünvanlamadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.