DÜNYA


Sauli Niynistö ikinci müddətə Finlandiya prezidenti seçilmək niyyətindədir

Helsinki, 31 may, AZƏRTAC

Finlandiya KİV-lərinin yaydığı məlumata görə, bu ölkənin Prezidenti Sauli Niynistö 2018-ci ildə keçiriləcək seçkilərdə növbəti altı il müddətinə namizədliyini irəli sürəcəyini elan edib.

O, televiziya ilə yayımlanan bəyanatında bildirib ki, 2018-ci ilin yanvarına nəzərdə tutulan seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.

Altmış səkkiz yaşlı S.Niynistö 2012-ci ildə Finlandiya Prezidenti seçilib. Dövlətin 12-ci başçısı ölkəsində çox populyardır, finlər onun yeritdiyi xarici siyasəti yüksək qiymətləndirirlər. Xarici siyasət bu Skandinaviya ölkəsinin prezidentinin fəaliyyətinin əsas sahəsidir.

Qeyd edək ki, Finlandiyada eyni adam prezident vəzifəsini dalbadal iki dəfədən çox tuta bilməz.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.