DÜNYA
Şavkat Mirziyayev Özbəkistanın yeni Prezidenti seçilib VİDEO
Daşkənd, 5 dekabr, AZƏRTAC
Şavkat Mirziyayev 88,61 faiz səslə Özbəkistanın yeni Prezidenti seçilib.
Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Daşkənddəki Respublika Mətbuat Mərkəzində keçirdiyi brifinqdə səsvermənin ilkin nəticələrini açıqlayarkən məlumat verib.
O xatırladıb ki, dünən keçirilən növbədənkənar prezident seçkilərində Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev iştirak edib.
Xatamcon Ketmanov 3,73, Nəriman Umarov 3,46, Sarvar Atamuradov isə 2,31 faiz səs toplayıb.
Şavkat Mirziyayev isə 15 milyon 900 min seçicinin səsini qazanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]