DÜNYA
Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb
Bakı, 21 dekabr, AZƏRTAC
Afrikanın Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb.
AZƏRTAC Independent qəzetinə istinadla xəbər verir ki, səhranın qar mənzərələrini Saxaranın şimalında, Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığında həvəskar fotoqraf Karim Buştet çəkib. Onun sözlərinə görə, qar yerdə bir günə yaxın qalıb və sonra əriməyə başlayıb.
Ayn-Sefra şəhəri “Səhranın qapısı” kimi tanınır. Bu regionda yayda havanın temperaturu müsbət 37 dərəcəyədək yüksəlir, qışda donma dərəcəsinədək endiyi vaxtlar olur.
Telegraph nəşri öz növbəsində xəbər verir ki, bu, bütün müşahidələr müddətində qeydə alınan ikinci belə hadisədir. Saxaraya birinci dəfə qar 1979-cu il fevralın 18-də, yenə Ayn-Sefraya yağmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]