REGİONLAR


Şaxta baba və Qar qız xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib

Beyləqan, 30 dekabr, AZƏRTAC

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar üçün bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev uşaqları bayram münasibətilə təbrik edib, onlara xoşbəxt və firavan gələcək arzulayıb. Günərzi Qayğı Mərkəzinin fəaliyyətindən söz açan Z.Quliyev sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailələrdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə göstərilən xidmətlər haqqında məlumat verib.

Çıxışlarda əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlara göstərilən dövlət qayğısından danışılıb.

Bayram tədbirində mərkəzə cəlb olunmuş uşaqlar musiqi, rəsm, bədii qiraət və digər bacarıqları nümayiş etdiriblər. Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirib. Uşaq Yaradıcılıq Mərkəzinin hazırladığı bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Sonda uşaqlara və onların ailələrinə bayram hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.