CƏMİYYƏT
Saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Sierra-Leone Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Karqbo Abu Bakar Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.
Araşdırma aparıldıqdan sonra hər iki şəxs “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.