İQTİSADİYYAT
Saya oturmuş “Teymur Əhmədov” gəmisi təyinat limanına istiqamət götürüb
Bakı, 25 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin saya oturmuş “Teymur Əhmədov” gəmisi Xəzər dənizinə çıxaraq təyinat limanına istiqamət götürüb. Bu barədə AZƏRTAC-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.
Bildirilib ki, martın 31-də “Teymur Əhmədov” teploxodu Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138.5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman saya oturmuşdu. Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olub. Bundan əlavə, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmayıb. Heç bir zədə almayan gəmi saydan çıxarıldıqdan sonra Volqa-Xəzər kanalının 137.7 kilometrində lövbərə dayanaraq digər gəmilər kimi, kanalın dərinləşdirilməsini gözləyirdi. Kanal dərinləşdirildikdən sonra isə “Teymur Əhmədov” səfərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]