MƏDƏNİYYƏT


Sazın gəncliyi, gəncliyin sazı

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənc aşıqların “Sazın gəncliyi, gəncliyin sazı” adlı yekun konserti keçiriləcək.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq. Müasir dövrün sürətli inkişafına, texnologiyanın həyatımızda çox yer tutmasına baxmayaraq, qədim adət-ənənələrimiz, milli musiqilərimiz qorunmaqdadır. Layihə gənclərin bu sənətə gəlişinə dəstək olmaq, stimullaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilməsi yeni bir uğur kimi milli irsimizin bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqləyib.

Layihənin əsas məqsədi aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılmasıdır. Bu sənətin bölgələrdə geniş şəkildə yayılmasını təşkil etməklə sənətə yeni simalar gətirilib, gənclərin aşıq sənətinə marağı artıb və gənc istedadlar üzə çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.