RƏSMİ SƏNƏDLƏR


“Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qrefdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının firavanlığı naminə Sizin çoxillik yorulmaz əməyiniz ən yüksək hörmətə layiqdir.

Sosial-iqtisadi və siyasi sahələrdə çoxsaylı nailiyyətlər Sizin uğurla həyata keçirdiyiniz məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Yaşadığımız mürəkkəb siyasi və iqtisadi sarsıntılar dövründə ən mürəkkəb məsələlərin həllinə Sizin konstruktiv yanaşmanız beynəlxalq birlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Sizin güclü iradəniz, strateji baxışlarınız və siyasi təcrübəniz çoxsaylı qələbə və zəfərlərin rəhni olacaq, bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcək. Qoy müdriklik və taleyüklü qərarlar qəbul etmək bacarığı bütün çətinliklərin aradan qaldırılması yolunda həmişə Sizin ən yaxşı məsləhətçiniz olsun, nikbinlik və həyat enerjisi buna kömək etsin.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, bütün təşəbbüslərinizdə uğurlar, etibarlı dostlarınızın və məsləkdaşlarınızın daimi dəstəyini, yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

 

German Qref

“Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti,

İdarə Heyətinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır