DÜNYA


“Sberbank” Tatarıstanda islam bankçılığını sınaqdan keçirir

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

“Sberbank” Tatarıstanda islam bankçılığını tətbiq etməyi planlaşdırır. Layihənin icrası, həmçinin Başqırdıstanda da mümkündür. Hazırda islam maliyyə xidmətinin tətbiq olunması hazırlıq mərhələsindədir.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, xüsusi yaradılmış işçi qrupu mövcud qanunvericilik çərçivəsində məhsulların qurulması üzərində işləyir. Avqustda “Sberbank” bəyan etmişdi ki, yaxın gələcəkdə Rusiyada öz şöbələrində islam bankçılığı xidmətlərini təqdim etməyi planlaşdırmır. Lakin kredit təşkilatı islam normalarına uyğun işləyən xüsusi maliyyə şirkətinin yaradılmasında iştirak edəcək.

Federasiya Şurasının sədr müavini Yevqeni Buşmin isə mayda Rusiya Bankının və qanunvericiliyin islam bankçılığını yaymağa hazır olmadıqlarını qeyd etmişdir.

İslam bankçılığı prinsipləri spekulyasiyanı, borc faizlərini, həmçinin spirtli içki və tütün ilə əməliyyatların maliyyələşdirilməsini qadağan edir. Şəriət normalarına uyğun fəaliyyət göstərən kredit təşkilatları vəsait qoyduqları biznes layihələrindən birbaşa gəlir əldə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.