İQTİSADİYYAT
Schlumberger” şirkətinin nümayəndələri SOCAR-da seminar keçiriblər
Bakı, 5 iyul, AZƏRTAC
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Schlumberger” şirkətlər qrupunun Cameron-Onesubsea mütəxəssislərinin iştirakı ilə “Quyudan emala qədər optimallaşdırma (Optimize from pore to process)” mövzusunda seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov şirkətin bu sahədə gələcək planları və ehtiyacları haqqında məlumat verib.
“Schlumberger” şirkətinin nümayəndələri isə “Yatağın kompleks işlənilməsi-kompleks həllər”, “Quyu qazma texnologiyası tarixində ilk dəfə 81/2 düyümlük hissənin bir dəfəyə qazılması”, “Schlumberger endirmə kolonnası”, “Sualtı hasilat sistemləri”, “Sualtı gücləndirmə texnologiyası”, “Hasilatın optimallaşdırılması üçün çoxfazalı ölçü vasitələri” mövzularında təqdimat keçiriblər.
Sonra seminar iştirakçıları təqdim olunan məruzələr ətrafında müzakirə aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]