İQTİSADİYYAT


“Səadan” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

“Səadan” yatağında 1823 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin (İB) “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi əsasında şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop lay dəstəsinə qazılan quyu elektrik dalma nasosu üsulu ilə məhsul verib. Quyu 1400-763 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.