İDMAN


“Səbail” klubu Türkiyədə beş yoxlama oyununda qüvvəsini sınayacaq

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq Bakının “Səbail” futbol klubunun yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komandamızın ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq. İyulun 15-də son mövsümü İran Pro-liqasını 4-cü pillədə başa vuran “Zob Ahan”la üz-üzə gələcək “aslanlar” iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən “Əl İttifaq” ilə qarşılaşacaqlar. Üç gün sonra “Səbail”in rəqibi Özbəkistan təmsilçisi “Paxtakor” olacaq.

Komandamız hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının “Əl Raed” komandasına qarşı keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.