İDMAN


“Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib

Bakı, 10 iyul, AZƏRTAC

“Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.

On doqquz yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası “Gil Visente”də keçirib.

Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.