“Səbail” klubu heyətinə iki oyunçu cəlb edib
Bakı, 27 may, AZƏRTAC
Uzun sürən danışıqlardan sonra “Səbail” klubu heyətinə iki oyunçu cəlb edib.
AZƏRTAC klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ağdamın “Qarabağ” və Azərbaycan millisinin iki üzvü Rahid Əmirquliyev və Ağabala Ramazanovla bir illik müqavilə bağlayıb.
Həmçinin klub səkkiz futbolçusu ilə yollarını ayırıb. Nurlan Novruzovun müqaviləsi başa çatdığına görə o, klubu tərk etməli olub. Raul Yaqubzadə və Kərim Diniyev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev və onun hücumçu həmyerlisi Vaxıt Orazsaxedov, gürcüstanlı müdafiəçi Nikoloz Apakidze, hollandiyalı arxa xətt oyunçusu Ayron Stati və yerli orta sahə oyunçusu Murad Ağayevlə sözləşmə müddəti uzadılmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Sabail” klubu baş məşqçisi Samir Əliyevlə də yollarını ayırmışdı. Rəhbərlik Azərbaycan milli komandasının sabiq üzvü Aftandil Hacıyevlə iki illik müqavilə imzalayıb. A.Hacıyev ötən mövsüm “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]