İDMAN


“Səbail” klubu iki futbolçu ilə birillik müqavilə imzalayıb

Bakı, 5 iyun, AZƏRTAC

“Səbail” futbol klubu yeni mövsüm üçün ilk transferlərini həyata keçirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Kamal Qurbanov və Emin Mehtiyev klub ilə birillik müqavilə imzalayıblar.

“Neftçi”nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm Premyer Liqada, həm də avrokuboklarda çıxış edib.

Son olaraq “Zaqatala”nın formasını geyən Emin Mehtiyev də “Neftçi”nin yetirməsi hesab olunur. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Neftçi”nin əsas komandasında avrokubok həyacanı yaşamaqla yanaşı, “Abşeron”un heyətində də çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.