CƏMİYYƏT


Səbail rayon Məşğulluq Mərkəzi işəgötürənlərlə birgə dəyirmi masa keçirib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunmasında işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçən tədbirdə mərkəzin direktoru Fərəc Qasımzadə dövlət məşğulluq siyasətinin icrasında işəgötürənlərin rolundan söz açıb. O bildirib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması da daim diqqətdə saxlanılır. Bu istiqamətdə işəgötürənlərlə səmərəli əməkdaşlıq xüsusi önəm kəsb edir. Cari ilin 9 ayında Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 1196 nəfər münasib işlə təmin edilib, onlardan 80 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, cümlədən 38 nəfəri əlillər olub.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na uyğun olaraq müəssisələrdə qeyd olunan kateqoriyalara aid şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması mühüm rola malikdir.

Dəyirmi masada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyası, kvota yerlərinin tətbiq edilməsi qaydaları, müəssisələr tərəfindən kvota yerləri üzrə hesabatların mərkəzə təqdim edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər barədə işəgötürənlərə dolğun məlumatlar verilib. Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması sahəsində işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.