İQTİSADİYYAT
Səbail rayonunda sosial obyektlərin tikintisinə diqqət artırılmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). Səbail rayonunun Badamdar qəsəbəsində əhalinin artımı ilə əlaqədar sosial obyektlərin tikintisi sahəsində ardıcıl tədbirlər görülür.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, cari ildə rayon ərazisindəki 236 və 239 nömrəli məktəblərdə əlavə korpuslar tikilmiş, məktəb binaları əsaslı təmir edilmişlər.
Dövlət proqramı çərçivəsində Badamdar qəsəbə sakinlərinin tələbatını nəzərə alaraq, yeni xəstəxana binasının tikintisi üçün lazımi hazırlıq işləri görülmüş və rayon icra hakimiyyəti tərəfindən müvafiq yer ayrılmışdır. Xəstəxananın tikintisinin 2013-cü illərdə başa çatdırılması planlaşdırılmışdır.
Bundan başqa 2012-2013-cü illərdə rayondakı 7 və 163 nömrəli orta məktəblərin binalarının, 190 nömrəli orta məktəbin akt və idman zalının, 157 saylı uşaq bağçasının, “Turac” uşaq bağçasının binalarının əsaslı təmiri, 70 nömrəli uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalının inşası planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]