ELM VƏ TƏHSİL


Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Bakı, 3 avqust, AZƏRTAC 

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən son illərdə Bakının Səbail rayonunda bir yeni orta məktəb inşa olunub, iki məktəb binası sökülərək yenidən tikilib, dörd məktəb üçün əlavə tədris korpusu tikilib, digər orta təhsil müəssisələri isə əsaslı təmir olunub.

Hazırda yay mövsümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsi, Ömər Faiq Nemanzadə küçəsində yerləşən 162 nömrəli orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qəzalı vəziyyətdə olan məktəb binası 1936-cı ildə inşa edilib, Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı yerləşdirilib. 1947-ci ildən etibarən bina uyğunlaşdırılmış məktəb binası kimi fəaliyyət göstərir. Məktəbdə 1385 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Uzun müddət əsaslı təmir olunmayıb.

Qısa müddətdə məktəbin istilik və elektrik sistemi yenilənib, qapı və pəncərələr dəyişdirilib. Hazırda idman və akt zalında, binanın fasadında təmir işləri görülür. Təmir bitdikdən sonra məktəb hər cür avadanlıq və dərs ləvazimatları ilə təmin olunacaq.

Eyni zamanda, rayonun Badamdar qəsəbəsindəki 239 nömrəli orta məktəbdə də əsaslı təmir işləri aparılır.

Hər iki məktəbdə təmir işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.