İDMAN


Sebastyan Fettel ötürücü qutunu dəyişdiyinə görə Avstriyada cərimələnə bilər

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Ferrari” yürüşçüsü Sebastyan Fettel Avstriya Qran-prisi yarışlarında start düzülüşündə beş mövqe üzrə cərimələnə bilər. Bakıda Formula-1 üzrə Avropa Qran-prisi yarışları zamanı Fettelin bolidindəki ötürücü qutu bərk qızmadan xəsarət aldığı üçün qutunun dəyişdirilməsi və bununla bağlı cərimə istisna edilmir.

AZƏRTAC xəbər verir ki, hazırda komanda ötürücü qutunun vəziyyətini öyrənməyə davam edir. Ola bilsin ki, qutunun dəyişdirilməsinə ehtiyac olmayacaq. “Ferrari” cümə günü axşamından gec olmayaraq qərar qəbul etməlidir: məşq zamanı pilotlar əsas ötürücü qutudan istifadə etməyə bilər, lakin şənbə günü “icazəli” qutu quraşdırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.