MƏDƏNİYYƏT


Sebastyan Studnitski triosu Bakıda konsert verəcək

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Sebastyan Studnitski triosu, eləcə də Sebastyan Studnitski “Memento” simli kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, “Landmark Rotunda” təşkil olunacaq konsertdə qrupun repertuarında hit olan mahnılarla yanaşı, dünya caz musiqisinə də müraciət olunacaq.

Konsert proqramı Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq.

Məlumat üçün bildirək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvortetləri qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.