İQTİSADİYYAT


Sədaqət Vəliyeva: Bölgələrimiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub

Bakı, 9 avqust, AZƏRTAC

“Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi”.

Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın tərəqqisi təmin edilmiş oldu. “2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar çərçivəsində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Birincisi, Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib, Olimpiya Kompleksləri, Diaqnostika Mərkəzləri, məktəblər, bağçalar, xəstəxanalar və digər bir çox müxtəlif sosial obyektlər inşa edilərək, vətəndaşların istifadəsinə verilib. Görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib. İkincisi, həyata keçirilən infrastruktur layihələri əsasında bölgələrdə yeni yollar salınıb, elektrik stansiyaları, qaz və su xətləri inşa edilib. Bununla da, hazırda Azərbaycanın demək olar ki, bütün rayonlarında, qəsəbələrində, kəndlərində elektrik, qaz və su ilə təminat ən yüksək səviyyədədir. Üçüncüsü, regionlarda həyata keçirilən aqrar və sənaye layihələri nəticəsində Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa edilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Bu proseslər bu gün də davam etdirilməkdədir. Bir sözlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycanın kompleks inkişafının konseptual əsaslarını təşkil edir”.

“Bu gün hər bir vətəndaşımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf kursu Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaq” – deyən Milli Məclisin deputatı əlavə edib ki, hazırda ölkəmizin bütün bölgələrində lazımi infrastruktur layihələri uğurla icra edilib və bölgələrimiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.