CƏMİYYƏT


“Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb

Bakı, 10 iyun, AZƏRTAC

Paytaxtın Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriblər. Hadisə nəticəsində iki mağazanın dam örtüyü ümumilikdə 150 kvadratmetr sahədə yanıb.

Hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.