CƏMİYYƏT


“Sədərək” ticarət mərkəzində yanğın nəticəsində dörd mağaza yararsız vəziyyətə düşüb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində dörd mağaza yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ticarət mərkəzinin ümumi sahəsi 1200 kvadratmetr olan bir korpusunun dam örtüyü 45 kvadratmetr, sahibləri məlum olmayan sahəsi 40 kvadratmetr olan dörd geyim mağazası yanıb. Yüksək temperaturdan ümumi sahəsi 39 kvadratmetr olan üç mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.