REGİONLAR
Sədərəkli taxılçılar yüksək nailiyyətlər əldə etmək əzmindədirlər
Sədərək, 14 iyun, AZƏRTAC
Muxtar respublikanın Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri sürətlə aparılır. Cari ilin məhsulu üçün keçən ilin payızında 1706 hektarlıq sahəyə buğda, 511 hektara isə arpa səpilib.
AZƏRTAC xəbər verir ki, rayonda maşın və kombaynlara texniki baxış keçirilib, hamısı işlək vəziyyətə gətirilib. Biçin kampaniyasına 5 taxılbiçən kombayn, 5 yükdaşıyan maşın, 4 küləş bağlayan aqreqat cəlb ediləcək. Əkin sahələrinin yanğından mühafizəsi də diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də məhsulun itkisiz yığılmasına xüsusi diqqət yetiriləcək.
Zəmilər bolluq və bərəkətdən soraq verir. Taxılçılar cari mövsümdə də yüksək nailiyyətlər əldə etmək əzmindədirlər.
Qeyd edək ki, ötən il 1947 hektarlıq ərazini əhatə edən taxıl zəmilərindən 6 min 603 ton məhsul toplanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]