Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Sədərəyi muxtar respublika sakinlərinin sıx birliyi xilas edib

Sədərək, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 19-da Sədərəyi ağır artilleriya atəşinə tutan ermənilərin məqsədi təkcə, bu qədim oğuz yurdunu deyil, ümumilikdə, muxtar respublikanı işğal etmək idi.

Ermənistandakı keçmiş sovet ordusunun silahları ilə başdan-ayağa silahlandırılmış ermənilərin planına görə, onlar həmin gün axşam muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində qədim diyarı işğal etmələri münasibəti ilə bayram şənlikləri keçirməli idilər. Lakin qəhrəman naxçıvanlılar ermənilərin bu çirkin niyyətlərini ürəklərində qoydular. Muxtar respublikanın əli silah tutan əhalisi bir yumruq kimi birləşərək yurdumuzun müdafiəsinə qalxdı. Düşmən Sədərəkdə çox güclü müqavimətə rast gəldi.

On dörd dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da, bir addım irəliləyə bilmədilər. Düşmən ardıcıl artilleriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdaraq, əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə onlara gecə-gündüz lazımi yardım və kömək göstərdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə xilas olacaqları barədə düşünməyə başladılar.

Yurda bağlılıq nümunəsi göstərən sədərəklilər həmin o dəhşətli günləri indi də kədər və iftixarla xatırlayırlar. Sədərək kənd sakini İsmayıl İsmayılbəyli qeyd edir ki, 1988-ci ildən başlayaraq Qarabağa və Naxçıvana qarşı iddialarla çıxış edən ermənilərin ilk hədəfi Kərki kəndi, daha sonra isə Sədərək oldu. Yanvarın 18-də ermənilərin ərazi cəhətdən muxtar respublikanın sərhədindən bir qədər uzaqda olan Kərki kəndini işğal etmələri, daha sonra yanvarın 19-na keçən gecə Sədərəyə qarşı hücuma keçmələri, sanki 20 Yanvar faciəsinin ilk xəbərçisi idi.

İsmayıl İsmayılbəyli deyir: “Yanvarın 18-dən 19-na keçən gecədən etibarən gözləmədiyimiz halda ermənilər Sədərəyi top atəşinə tutmağa başladılar. Əhali müdafiə olunmaq üçün silaha böyük ehtiyac duyurdu. Əlimizdə olan silah isə əsasən ov tüfəngləri idi. Sədərəklilər əllərinə balta alaraq düşmənə müqavimət göstərməyə hazırlaşırdılar. İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Çox qısa zamanda muxtar respublikanın bütün bölgələrindən onlarla könüllü Sədərəyin müdafiəsinə qoşuldu. İnsanlarımız bir yumruq kimi birləşdilər. Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək buradan güclü top atəşinə tutulurdu. Bizimkilər isə 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdı”.

Sədərək kənd sakini Teymur Quliyev isə o günləri belə xatırlayır: “Silah-sursatımız az olsa da, geri çəkilmək, kəndi tərk etmək fikrimiz yox idi. Hər kəsin ümumi fikri bu idi ki, sona qədər döyüşəcək, ölsək də bir qarış torpağı düşmənə verməyəcəyik. Belə də etdik. Ulu öndərimiz Heydər Əliyev Naxçıvana gələndən sonra artıq tam əmin idik ki, düşmən bizə qalib gələ bilməyəcək. Çünki əhali dahi şəxsiyyətin ətrafında sıx birləşdi, Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, bizə cəsarət verdi, səngərlərdə daha inamla dayandıq, düşmənə həddini bildirdik. Sədərək məğlubedilməzlik simvoluna çevrildi”.

Həmin hadisələr zamanı Ermənistanla sərhəddə yerləşən yüksəkliklərdən Sədərək kəndinə tərəf baxarkən onun tüstü-duman içində olduğunu deyən Teymur Quliyev bildirir: “Fikirləşirdik ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Ancaq kənddən döyüşçülərə köməyə gələn, çörək, su gətirən könüllülər bunu kənd qadınlarının etdiyini dedilər. Onlar həm ocaqları, həm də təndirləri ona görə qalayıblar ki, kənd tüstü-dumana bürünsün və ermənilər mühüm obyektləri, yəni bağçanı, məktəbi, inzibati binaları hədəfə ala bilməsinlər. Bu yolla vətənpərvər qadınlar həmin obyektləri top atəşlərindən qismən də olsa xilas edə bilmişdilər”.

Şərur rayonunun Kərimbəyli kənd sakini, Sədərək döyüşlərinin iştirakçısı Vidadi Həsənov deyir ki, şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər sədərəklilərin səngərinə çevrilmişdi. Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər. Sədərəklilərin güc aldıqları yeganə qüvvə ulu öndərimiz Heydər Əliyev idi. Naxçıvana qayıdan Heydər Əliyevin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinin yanında olması təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.

Vidadi Həsənovun fikrincə, 1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi.

Bəli, 20 Yanvar faciəsinin səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, artıq həmin vaxtadək dünya tarixində analoqu olmayan qırğının törədilməsindən keçən 27 il ərzində tam sübut olunub ki, “qırmızı imperiya”nın bu terror aktını törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti cəbhədən yayındırmaq idi. Keçmiş sovet rəhbərliyi anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmağa çalışırdı. Lakin tarix sübut etdi ki, birlik, inam, Vətən sevgisi olan yerdə hər cür düşmənə qalib gəlmək mümkündür.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anılıb

Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə edilib

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb