CƏMİYYƏT


Şəfa verən mis lövhələr

Bakı, 23 may, AZƏRTAC

Mis digər metallarla müqayisədə xüsusi yer tutur, mikrobları özünə cəlb edir, onların orqanizmdəki fəallığını pozur. Müalicə məqsədi ilə 1 millimetr qalınlığında mis lövhələrdən, keçmiş mis sikkələrdən və 1962-ci ildə buraxılmış 3-5 qəpiklik pullardan istifadə etmək olar. Baş ağrısı və qan təzyiqinin yüksəlməsi zamanı arxası üstə uzanaraq 5 qəpikliklər və ya mis lövhələr alına, gicgaha və ənsəyə düzülür. Həmin vəziyyətdə 20-25 dəqiqə sakit və hərəkətsiz uzanılır. Boğaz ağrısı, tənəffüs yollarının iltihabı, badamcıq vəzləri xəstəliyində gecə yatarkən sikkə və mis lövhələr üst tərəfdən boyuna qoyulur. Haymorit uzun sürən və ardıcıl müalicə tələb edən proses olsa da, mis onu asanlıqla sağaldır. Bunun üçün burun boşluğuna sikkə və ya mis lövhə qoymaq lazımdır.

Ürək xəstəliklərində misin təsiri böyükdür. Ürəyin işemiyası zamanı mis lövhələri və ya sikkələri boynun yaxalıq hissəsinə düzür, tənziflə bağlayır və 4 gün saxlayırlar. Misdən istifadə zamanı onu duzlu suda yumaq və təmizlənənədək silmək lazımdır. Dirsəkdən bir qədər aşağıya taxılan və ucları bağlanan mis bilərziklər qan təzyiqini normalaşdırır. Mis yaraların sağalması və çapıqların birləşməsində əhəmiyyətli rol oynayır. Bədənin göyərmiş yerinə mis sikkə və ya lövhə qoyulması həmin nahiyəyə qan yığılmasının qarşısı alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.