İDMAN


Şəfəq Əmrahova qadınlar arasında səngər stendi yarışında gümüş medal qazanıb

Bakı, 13 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında səngər stendi yarışının qalibi Türkiyə idmançısı Gürer Nihan olub. O, 41 xal toplayaraq çempion adını qazanıb.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı atıcılarından Şəfəq Əmrahova 37 xalla yarışı gümüş medalla başa vurub. Bürünc medalın sahibi isə 29 xal toplayan Qətər idmançısı Əl Xələf Xolud Hassan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.