İQTİSADİYYAT


“Şəfəq-Asiman” üzrə indiyədək 200 kvadrat kilometrədək sahədən üçölçülü məlumat qeydə alınıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

“Şəfəq-Asiman” bloku üzrə indiyədək 200 kvadrat kilometrədək sahədən üçölçülü məlumat qeydə alınıb.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, “Şəfəq-Asiman” üzrə üçölçülü seysmik tədqiqatın məlumatlarının son interpretasiyası bu ilin birinci rübündə başa çatdırılıb və ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanılıb. Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişinə uyğun olaraq sahələrdə mayın 31-dən üçölçülü seysmik tədqiqata başlanılıb. Tədqiqat proqramının doqquz ay davam etməsi gözlənilir. Bu tədqiqata quruda və dənizin dayazsulu hissəsində əməliyyatlar daxildir. Sahildən 20 kilometrədək uzanan sahədə dəniz dibində qeydiyyat aparan seysmik qovşaqlar düzmək və yedəkdə kiçik akustik enerji mənbələrini dartmaq üçün 17-yə yaxın xüsusi gəmidən istifadə olunur. İndiyə qədər 200 kvadrat kilometrə yaxın sahədən üçölçülü məlumat qeydə alınıb.

Avqustda əməliyyatların sazişə uyğun sahənin şərq hissəsində davam etdirilməsi nəzərdə tutulur. Üçölçülü məlumatların işlənməsi də bu ay başlayacaq və ilin sonuna qədər sahədən ilk işlənmiş məlumatların əldə olunması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.