CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində milli mətbuatın 142-ci ildönümü qeyd olunub

Bakı, 21 iyul, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatın 142-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb. Z.Abdullayev bildirib ki, “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan mətbuat bu gün cəmiyyətimizi bütün sahələrdə informasiya ilə təmin etməyə nail olub. Xidmət rəisinin birinci müavini ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi ilə müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlandığını qeyd edərək deyib: “Mətbuata dəstək Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir”.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.