CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Abşeronda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 20-də saat 10:00-da Abşeron rayon şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon və şəhər şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.