REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşları qəbul edib VİDEO

A+ A

Ağsu, 15 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 15-də Ağsu rayonunda Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının sakinlərini qəbul edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində keçirilən qəbulda müraciətlər əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə, habelə hərbi xidmətə qəbul, qarşıdakı oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin xidmət yerlərinin müəyyənləşdirilməsi, Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsinə kömək göstərilməsi və sair məsələlərlə bağlı olub.

Bütün müraciətlər general-leytenant Arzu Rəhimov tərəfindən diqqətlə dinlənilib, bir çoxu yerindəcə operativ həll edilib. Bir sıra müraciətlərin araşdırılması, qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, bölgələrdə bu cür qəbulların təşkilinə, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.