REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Oğuzda vətəndaşları qəbul edib VİDEO

A+ A

Oğuz, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 17-də Oğuz şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, təkrar tibbi müayinəyə cəlb olunma, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Xidmətin rəisi Arzu Rəhimov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qanunvericiliyin tələbləri izah edilib. Qəbul zamanı irəli sürülən məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırılmadan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.