CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində cari ilin yekunları müzakirə olunub
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində cari ilin xidməti fəaliyyətinin yekunlarına və 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cari il ərzində görülmüş işlərə dair məruzə ilə çıxış edib, 2017-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant Arzu Rəhimov qarşımızdakı ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkilinə dair tapşırıq və tövsiyələrini çatdırıb.
Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr ediblər.
Yekunda A.Rəhimovun əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.